AZ

Bakıda 10-cu sinif şagirdi adam BIÇAQLADI - TƏFƏRRÜAT

Bakıda şagirdin adam bıçaqlaması ilə bitən insidentin təfərrüatı məlum olub.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

"Oktyabrın 15-də dərsdən kənar vaxtda - saat 16:00-da məktəbdənkənar ərazidə 274 nömrəli məktəbin X sinif şagirdi tərəfindən (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 306 nömrəli məktəbin şagirdinin qardaşına xəsarət yetirilməsi haqqında məlumat daxil olub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - məlumatda bildirilib.

*** 09:42

Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.

Orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
3
far.az

7Mənbələr