AZ

Bakıda avtomobil çuxura düşdü, tıxac yarandı Video

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün paytaxtın Binəqədi rayonu 9-cu mikrorayon ərazisində avtomobil yolda qazılmış çuxura düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Cavadxan küçəsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, avtomobil yolun hərəkət hissəsindəki çuxurda qalıb. Nəticədə ərazidə nəqliyyatın hərəkəti çətinləşib.

Hazırda həmin ərazidə olan polis əməkdaşları avtomobillərin hərəkətinə kömək edirlər.

Yolda qazıntının hansı qurum tərəfindən aparılması hələlik məlum deyil.

Görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
7
qafqazinfo.az

8Mənbələr