ain.az bildirir, Modern.az saytına əsaslanaraq.
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının eks-prezidenti, akademik Ramiz Mehdiyevin adı gündəmdən düşmür. Dövlət hakimiyyətini ələ keçirməyə çalışan akademik ifşa olunandan sonra onun əleyhinə danışanların başında vaxtilə özünün irəli çəkdiyi, vəzifə verdiyi, ətrafına yığdığı alimlər, deputatlar gəlir. Karyerası sarsılan 87 yaşlı Mehdiyev yəqin ki, bunu gözləmirmiş...Keçmişdə “Boz kardinal, indi isə “5-ci kolonun ağsaqqalı” adlandırılan Ramiz Mehdiyevə dövlətə xəyatət cənayətində kimlər ortaq imiş? İctimaiyyət hazırkı proseslərin sonunu - istintaqın yekunlaşacağı günü səbirsizliklə gözləyir...Modern.az saytı Ramiz Mehdiyevin adının gündəmdə olmasını nəzərə alaraq, “Bir şəklin tarixçəsi” rubrikasında onunla bağlı maraqlı fotonu təqdim edir.Fotoda diqqət çəkən xeyli tanınmış sima var.Zaman 90-cı illərin sonu... Məkan Bakının Nərimanov rayonundakı keçmiş Montin adına Mədəniyyət və İstirahət parkı....Rəsmilər Milli Qəhrəman Samir Xasıyevin büstünün açılış mərasiminə toplaşıblar.Fotoda əks olunanlardan ikisi son vaxtlar daha çox gündəmdə olur... Söhbət Ramiz Mehdiyevlə Nəcməddin Sadıkovdan gedir... Zaman o zaman idi ki, Mehdiyevin qılıncının dalı da-qabağı da kəsirdi... Elə Nəcməddin Sadıkovun da həmçinin... Biri siyasətdə söz sahibi idi, digəri Silahlı Qüvvələrdə... Hər ikisi kölgədə qalmaqla proseslərə dolayısı ilə təsir edib, hadisələri öz maraqlarına uyğun yönləndirirdi...
Fotoda Ramiz Mehdiyevin Nəcməddin Sadıkovla yanbayan dayanması təsadüfdü, yoxsa münasibətlərin yaxınlığından irəli gəlir, deyə bilmərik... Hər halda diqqətçəkən məqamdır...Akademik Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri postunda çalışıb.General-polkovnik Nəcməddin Sadıkov 1993-2021-ci illərdə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində xidmət edib.A.Qorxmaz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.