AZ

Telefon batareyasının əsl “düşmən”ləri bunlardır

Bir çox telefon istifadəçisi hesab edir ki, smartfonu gecə boyu enerjidə saxlamaq pis fikirdir. Düşünülür ki, bu, batareyanın tutumunu tez itirməsinə və daha tez zəifləməsinə səbəb olur. 

News24.az CNET-ə istinadən xəbər verir ki, ekspertlər bu məsələyə görə narahatlığa ehtiyac olmadığını bildiriblər.

Müasir smartfonlar, o cümlədən “iPhone”, ağıllı enerji idarəetmə sisteminə malikdir. Bu sistem batareya tam dolduqda enerjinin ötürülməsini avtomatik şəkildə məhdudlaşdırır və “artıq dolmanın” qarşısını alır. Yəni telefon 100 faizə qədər dolduqda ya enerji qəbulunu tam dayandırır, ya da tamamlama rejiminə keçir.

Əslində batareyaya nələr zərər verir?

Ekspertlər bildiriblər ki, telefonu daim elektrik enerjisində saxlamaq özü-özlüyündə batareyaya zərər vermir. Lakin telefon qızarsa, bu, batareyanın daha tez köhnəlməsini sürətləndirə bilər. Əsas təhlükə məhz həddindən artıq temperaturdur. Bu, xüsusilə də siz enerji dolumu zamanı oyun oynayan və ya video izləyən zaman baş verir.

Bundan əlavə, batareyanın ömrünə ucuz və original olmayan adapterlərdən istifadə, eyni zamanda da, telefonunun enerji səviyyəsini sıfıra endirmək vərdişi də mənfi təsir göstərir. 

Batareyanın səviyyəsini 20 faizdən 80 faizə qədər aralıqda saxlamaq və əksər müasir cihazlarda mövcud olan ağıllı enerji doldurma funksiyasını aktivləşdirmək məsləhətdir.

Beləliklə, smartfonu tez-tez enerji toplamağa qoymaq və ya gecə boyu cərəyanda saxlamaq zərərli deyil.  Əsas odur ki, keyfiyyətli adapter cihazından istifadə edin və telefonun qızmasına yol verməyin.


Teymur

Seçilən
100
1
news24.az

2Mənbələr