Vaşinqton, 16 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ evdə keçiriləcək görüş öncəsi Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışır.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ prezidenti sosial mediada yazıb. O, danışığın detalları barədə məlumat verəcəyini deyib.
Ukrayna Prezidentinin Ağ evə səfəri oktyabrın 17-si baş tutacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton