Cənubi Afrikalı fotoqraf Uim van den Heeverin “Ghost Town Visitor” fotosu “Wildlife Photographer of the Year 2025” müsabiqəsinin qalibi olub.
Publika.az xəbər verir ki, Londondakı Təbiət Tarixi Muzeyinin təşkilatçılığı ilə keçirilən müsabiqəyə bu il 113 ölkədən 60 636 fotoşəkil təqdim edilib.
Qalib foto təbiətin insan tərəfindən yaradılmış məkanlarla qeyri-adi qarşılıqlı əlaqəsini nümayiş etdirir. Fotoda Namibiyanın Kolmanskop şəhərində tərk edilmiş yaşayış məntəqəsində gecənin qaranlığında gəzən bir qəhvəyi kaftar əks olunub. Bu görüntünü çəkmək fotoqrafın 10 ilini alıb.
