“Ramiz Mehdiyevin “Sədərək”də heç bir obyekti yoxdur. Bunu birmənalı şəkildə inkar edirəm. Onun ölkə xaricində kifayət qədər böyük obyektləri, hətta Sevan (Göyçə gölü – red.) gölü ətrafında oteli var. Belə varidatı olan şəxsə “Sədərək”də balaca dükan nəyə gərəkdir ki?”.
Bizim.Media xəbər verir ki, bunu “Sədərək” ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim Pravda.аz-a açıqlamasında bildirib:
Qədim əlavə edib ki, əgər kimsə Mehdiyevin burada obyekti olduğunu iddia edirsə, bunu sübut edən sənəd və faktlar təqdim etməlidir:
“Onun ölkənin müxtəlif bölgələrində villaları, obyektləri var. Yəqin ki, bununla bağlı dəqiq siyahı da hazırlanıb.”
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta