Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Fransaya 83,4milyon ABŞ dolları dəyərində 165,1 min ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 26,4 milyon ABŞ dolları və ya 46,2%,həcm ifadəsində isə 75,4 min ton və ya 1,8 dəfə çoxdur.
Dövr ərzində Fransa bu göstərici ilə Azərbaycanın ən çox neftixrac etdiyi ölkələr sırasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində 16,996 milyon tonbitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə dəyər ifadəsində 2,069 milyard ABŞ dolları və ya 18,8%,həcm ifadəsində isə 612,652 min ton və ya 3,5% azdır.