Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "Teleqraf" İnformasiya Agentliyinə müsahibə verib.
Publika.az onunla müsahibəni təqdim edir:
– Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə ləğv edəcəyini açıqlayıb. Bu qərar Azərbaycanla Britaniya arasında hərbi əməkdaşlığa necə təsir göstərəcək?
– Bu, bizim üçün çox vacib bir andır. Bu qərarı verə bildiyimizə çox şadıq. Təbii ki, Minsk qrupunun strukturları ləğv edildikdən sonra silah embarqosunu aradan qaldırmaq mümkün oldu. Ümid edirik ki, bununla Azərbaycanla müdafiə sahəsində əməkdaşlığımızda, o cümlədən müdafiə ixracatında yeni bir mərhələ başlamış olur.
Keçən həftə müdafiə naziri Zakir Həsənovla görüşdüm, bu da müzakirə etdiyimiz mövzulardan biri idi. Qarşımızda parlaq bir gələcək görürük.