AZ

Atmosferdə karbon qazı səviyyəsi 2024-də rekord həddə çatıb

Atmosferdə karbon qazı səviyyəsi 2024-də rekord həddə çatıb

Dünya Meteorologiya Təşkilatı (WMO) xəbər verib ki, 2024-cü ildə atmosferdəki karbon dioksid (CO₂) səviyyəsi rekord həddə yüksələrək uzunmüddətli qlobal istiləşməni sürətləndirib.

WMO-nun yayımladığı hesabatda bildirilir ki, CO₂ səviyyələri 1960-cı illərdən bəri üç dəfə artıb. 2011–2020-ci illərdə illik orta artım 0,8 ppm (milyonda hissəcik) idisə, 2024-cü ilə qədər bu göstərici 2,4 ppm-ə çatıb. 2023–2024 dövründə isə qlobal ortalama konsentrasiya 3,5 ppm artaraq rekord həddə yüksəlib. Hesabatda artımın insan fəaliyyəti və meşə yanğınları ilə bağlı olduğu vurğulanıb.

Həmçinin metan və nitroz oksid kimi digər uzunömürlü istixana qazlarının da rekord səviyyəyə çatdığı bildirilib. WMO-nun baş katibinin müavini Ko Baret qeyd edib ki, bu qazların atmosferdə uzun müddət qalması qlobal iqlimə yüz illər boyu təsir göstərir və ekstremal hava hadisələrini artırır.

Baret əlavə edib ki, emissiyaları azaltmaq yalnız iqlim üçün deyil, həm də iqtisadi təhlükəsizlik və cəmiyyət rifahı üçün həyati əhəmiyyət daşıyır.

Seçilən
109
17
afn.az

10Mənbələr