Pentaqon rəhbərinin təyyarəsi Atlantik okeanı üzərində qəza siqnalı verib.
İnterpress.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-32 təyyarəsi Avropadan ABŞ-yə müdafiə naziri Pit Hegseti aparırdı.
O, avropalıları Ukraynaya kömək etmək üçün Amerika silahlarının alınmasına qənaət etməməyə inandırmalı idi.
Uçuş zamanı təyyarə “7700” beynəlxalq fövqəladə siqnalı göndərib. Bu siqnal adətən mühərrik nasazlığı, yanğın, tibbi təcili yardım və ya digər fövqəladə hallar zamanı verilir.
Hadisə zamanı təyyarə hündürlüyünü 3 kilometrə endirib və Böyük Britaniya istiqamətinə dönüb.
Məlum olub ki, fövqəladə siqnalın səbəbi pilot kabinəsində şüşənin çatlaması olub.
Boeing təyyarəsi uğurla təcili eniş edib, xəsarət alan yoxdur.

Xuraman Etibarlı
İnterpress.az