AZ

FIBA Çempionlar Liqası: “Sabah” əsas mərhələnin ikinci oyununda da uduzub

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Gununsesi.info xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda “Alba” (Almaniya) ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutan oyun rəqibin 85:76 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, B qrupunda yer alan Bakı klubu ilk görüşdə Çexiya təmsilçisi “Nimburk”a 65:93 hesabı ilə məğlub olub. Komanda növbəti matçını oktyabrın 29-da səfərdə Fransa təmsilçisi “Elan”a qarşı keçirəcək.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
8
icma.az

10Mənbələr