AZ

Keçmişdən bugünə süzülən məzənnə... Azərbaycanın siyasi tarixində inflyasiya göstəriciləri neçə faiz olub?

ain.az, Bizimyol saytına istinadən bildirir.

Azərbaycan müstəqillik qazandığı illərdən bu günə qədər inflyasiya göstəricilərində müxtəlif dəyişikliklər olub. Siyasi proseslər, iqtisadi dəyişikliklər, beynəlxalq münasibətlər və s. kimi proseslər inflyasiya səviyyəsinə operativ formada təsir göstərir.

İnflyasiya; mal və xidmətlərin ümumi qiymət səviyyəsinin zamanla artımını ifadə edən makroiqtisadi göstəricidir.

Bizimyol.info xəbər portalı Azərbaycanda müxtəlif siyasi hakimiyyət dönəmlərində qeydə alınan inflyasiya göstəricilərini araşdırıb.

1918-1920-ci illlər / Azərbaycanda Xalq Cümhuriyyəti dövrüQymətlər, xüsusilə ərzaq və yanacaq, tez-tez iki-üç dəfə qalxırdı. Eyni zamanda mütəmadi olaraq pulun devalvasiyası müşahidə olunurdu.Valyuta - Azərbaycan manatı (1 manat = 100 qəpik), yeni milli valyuta 1919-cu ildə buraxıldı.

Dövlətin iqtisadi vəziyyəti yeni formalaşırdı.

1920-1941-ci illər / SSRİ-nin tərkibindəki "Sovet Azərbaycanı" dövrüPlanlı iqtisadiyyatın başlanğıcı qoyuldu.Valyuta 1920-ci ildən Sovet rublu ilə əvəz olundu.SSRİ-də rəsmi inflyasiya 1920-ci illərin sonlarından 1930-cu illərin əvvəlinə qədər az idi (nominal qiymətlərdə artım planlı idi). Amma kollektivləşdirmə və kənd təsərrüfatı böhranları ərzaq qiymətlərində lokal partlayışlar yaradırdı.1941-1945-ci illər / II Dünya Müharibəsi dövrüÖlkənin iqtisadi vəziyyəti müharibə illərinə təsadüf edirdi, ona görə də resursların böyük hissəsi ordunun təminatına yönəldilirdi, həmçinin məhsullar və ərzaq çatışmazlığı var idi.Rəsmi inflyasiya minimal göstərilsə də, bazar qiymətləri “qara bazar”da sürətlə artırdı. Hərbi dövrdə əmtəə çatışmazlığı qiymətləri kəskin qaldırırdı.1945-1960-cı illər / SSRİ-nin tərkibində II Dünya Müharibəsindən sonrakı bərpa dövrüRəsmi inflyasiya demək olar ki, yox idi; nominal qiymətlər planlı idi. Amma əmtəə çatışmazlığı və bəzən yerli bazarlarda qiymət artımı müşahidə olunurdu.1960-1990-cı illər / Stalinizmdən Brejnevə qədər olan dövrRəsmi göstəricilər çox aşağı, real inflyasiya nominal olaraq 1-5% arası. Lakin 1980-ci illərin sonlarına doğru SSRİ-nin iqtisadi çöküşü fonunda bəzi mal və xidmətlərin qıtlığı qiymətləri sürətlə artırmağa başladı.Uzunmüddətli sabitlik, planlı iqtisadiyyat; qida və sənaye məhsulları subsidiyalı qiymətlərlə satılırdı.1990-1992-ci illər / Müstəqilliyin ilk illəriManatın ilk devalvasiyası idi.Valyuta Azərbaycan SSR manatı- Azərbaycan manatı (1992-ci il).1991-1992-ci illərdə SSRİ dağıldı, planlı iqtisadiyyat çöktü, əmtəə çatışmazlığı, pul kütləsinin sürətli artımı baş verdi.

1992-ci ildə inflyasiya təxminən 2000-3000% (hiperinflyasiya səviyyəsi) idi.

1992-ci ildən sonra manat tamamilə yeni valyuta kimi buraxıldı və inflyasiya iradəsiz pul kütləsi səbəbindən sürətlə artdı, buna görə hiperinflyasiya (son dərəcə yüksək hədd) mərhələsi kimi qeyd olunur.

Qeyd edək ki, SSRİ dövründə rəsmi statistikalar manipulyasiya olunduğu üçün real inflyasiya bazar qiymətləri ilə müqayisədə fərqli ola bilər. Çünki manipulyativ, yəni reklam rəqəmləri, siyasiləşmiş rəqəmlər səsləndirilirdi. Ona görə bu dövr mücərrəd idi. Məsələn; mağazada guya yağın kilosu 3 manat idi, ancaq heç yanda tapılmırdı. Camaat yağın kilosunu gedib 10-15 manata alırdı. Əslində bu inflyasiya idi. Amma gizli inflyasiya idi. Sovet hökuməti iddia edirdi ki, bizdə inflyasiya, qiymət artımı yoxdur. Halbuki reallıq da var idi. Yəni elan olunan qiymətə məhsul tapmaq olmurdu. Bu da onu göstərir ki, hökumət həmin dövrdə siyasiləşmiş manupulyativ rəqəmlər elan edirdi. O vaxt əhalinin xarici informasiya agentliklərinə, yaxud kiməsə xəbər sızdırma, söz demək imkanı və internet yox idi. Yalnız televiziyalar və ölkənin daxilində fəaliyyət göstərən qəzetlər var idi. Qəzetlərdə hər şey yazmaq mümkün deyildi. Senzura var idi.

1993-cü ildə inflyasiya 500-1000%, 1994-cü ildə 150-200% oldu. Əsas səbəblər: iqtisadi böhran, qiymətlərin liberallaşdırılması, neft gəlirlərinin azlığı idi.

1995-2005-ci illərdəSabitləşmə və tədrici inflyasiya oldu. 1995-ci ilin avqustunda yeni manat (AZM) dövriyyəyə buraxıldı, 1 yeni manat 5000 köhnə manata bərabər idi.1995-2005 dövründə inflyasiya tədricən azaldı: İllik inflyasiya 10-20% civarında baş verdi.1999-2000-ci illər daha stabil idi, inflyasiya 5–10%Neft gəlirlərinin artması və Mərkəzi Bankın valyuta siyasəti manatı nisbətən sabitləşdirdi.2005-2015-ci illər sabitlik və valyuta kursunun qorunması illəri idi. Çünki 2005–2015-ci illərdə manat dollara nisbətən sabit saxlanıldı (1 USD = 0,78 AZN).2005-2010-cu illərdə2005-2010 illərdə illik inflyasiya nisbətən aşağı təxminən 3–9% idi.2011-2014-cü illərdə 1–5%, 2015-ci ildə neft qiymətlərinin kəskin düşməsi fonunda manatın devalvasiyası baş verdi.2015-2017-ci ildə devalvasiya və yüksək inflyasiya oldu.2015-ci ilin fevral ayında manat devalvasiya edildi, 1 USD ≈ 1,05 AZN (əvvəl ≈0,78 AZN) oldu. İllik inflyasiya 12–15% səviyyəsində artdı.2016-2017-ci illər Mərkəzi Bank manatın kursunu dəyişən rejimə keçirdi, valyuta sabitləşdirildi.2017-2020-ci illərdəNisbətən sabit inflyasiya idi.Manat kursu təxminən 1,7-1,8 AZN/USD səviyyəsində sabitləndi. İllik inflyasiya 2-5% idi. Qiymət artımı nisbətən məqbul səviyyədə saxlanıldı.2021-2025-ci il / Pandemiya və sonrasıCOVID-19 pandemiyası və qlobal iqtisadi qeyri-sabitlik inflyasiyaya təsir etdi. 2021-2023-cü illərdə illik inflyasiya təxminən 3-6% oldu.

Qeyd edək ki, 2024-2025-ci illərdə manata təsir edən daxili və xarici faktorlara görə, növbəti il tədricən 4-7% inflyasiya gözlənilir.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
129
17
bizimyol.info

10Mənbələr