AZ

Üçüncü Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşanı gəzdilər

ŞUŞA, 15 oktyabr. TELEQRAF

Üçüncü Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşanı gəziblər.

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, forum iştirakçıları şəhərin bərpa və yenidənqurma prosesi ilə yaxından tanış olublar.

Onlara Şuşada həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri, infrastrukturun bərpası və yeni yaşayış sahələrinin salınması barədə ətraflı məlumat verilib.

Prezidentin Şuşada xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, hazırda şəhərdə həm tarixi irsin qorunması, həm də müasir yaşayış məkanlarının formalaşdırılması istiqamətində ardıcıl işlər aparılır.

Forum iştirakçıları şəhərin müxtəlif ərazilərini, o cümlədən hazırda yaşayış olan məhəllələri və bərpa olunan obyektləri ziyarət ediblər. Onlar həmçinin Şuşa qalasında olublar, şəhərin simvolu sayılan bu tarixi abidə və onun ətrafında aparılan bərpa işləri ilə tanış olublar, burada xatirə şəkilləri çəkdiriblər.

Səfər zamanı qonaqlar Şuşadakı məscidləri də ziyarət edərək, burada görülən bərpa işləri və dini irsin qorunması istiqamətində görülən tədbirlər barədə məlumat alıblar.

Seçilən
76
teleqraf.com

1Mənbələr