Xankəndi.Trend:
"Azərbaycanda keçirilən Milli Şəhərsalma Forumları dialoq,əməkdaşlıq və bilik mübadiləsi üçün mərkəzi platforma kimiformalaşıb".
Trend xəbərverir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədriAnar Quliyev Xankəndi şəhərində keçirilən III Milli ŞəhərsalmaForumunda səsləndirib.
A.Quliyev bildirib ki, 2022-ci ildə keçirilən ilk forum hökumətrəsmilərini, mütəxəssisləri və beynəlxalq tərəfdaşları bir arayagətirərək milli şəhərsalma platformasının təməlini qoydu.:
"2023-cü ildə keçirilən ikinci forum bu əməkdaşlığı daha dagücləndirdi, tərəfdaşlıqları və innovasiyaları irəli apardı və YeniŞəhərsalma Gündəliyi və Davamlı İnkişaf Məqsədləri ilə uyğunluğutəşviq etdi. Beləliklə, son üç ildə Milli Şəhərsalma Forumu sadəcətədbir olmaqdan çıxaraq, dayanıqlı şəhər inkişafı sahəsində dialoq,əməkdaşlıq və birgə irəliləyiş üçün institusional platformayaçevrilib".
Komitə sədri builki foruma diqqət çəkərək əlavə edib ki,"İqlimədavamlı və sağlam şəhərlərə doğru: Regional tərəfdaşlıqlarvə innovativ həllər” mövzusuna həsr olunmuş bu forum dünyadaşəhərlərin iqlim dəyişikliyi ilə üzləşdiyi bir vaxtda regionaləməkdaşlıq vasitəsilə daha dayanıqlı, təhlükəsiz və inklüzivşəhərlər inşa etmək üçün mühüm imkanlar yaradacaq".