AZ

Azərbaycanın "İstisu" mineral içkisi Avroap ölkəsinin bazarına daxil olub

Azərbaycanın "İstisu" mineral içkisinin Belarusa ixracına başlanılıb.

Bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan-Belarus biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər ixracın həyata keçirilməsi üçün bütün zəruri mərhələləri uğurla reallaşdırıblar.

"Biz "İstisu" mineral içkisini Belarus bazarına çıxarırıq. Müqavilə imzalanıb, Avrasiya İqtisadi İttifaqı çərçivəsində laboratoriya sınaqları və qeydiyyat başa çatıb. Artıq məhsulun ilk partiyasını ixrac etmişik", - T.Hacılı qeyd edib.

İş elanları AzVak.az-da

©"Report"

Seçilən
108
marja.az

1Mənbələr