“Hərəkət və Həmrəylik” Partiyasının (PAS) lideri İqor Qrosu partiyanın iş adamı Aleksandr Muntyanunu baş nazir vəzifəsinə namizəd kimi irəli sürəcəyini açıqlayıb.
Hafta.az xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində paylaşıb.
İ.Qrosu qeyd edib ki, PAS Konstitusiya Məhkəməsi deputatların mandatlarını təsdiq edənə və parlamentin iclası çağırılana qədər gözləyəcək. Fraksiyalar formalaşdıqdan sonra partiya Muntyanunun namizədliyini Moldova Prezidenti Maya Sanduya təqdim edəcək.
“Moldovanın Avropa İttifaqına inteqrasiya prosesinə rəhbərlik edə biləcək və inkişafı dəstəkləyə biləcək böyük iqtisadi təcrübəyə malik savadlı insanlara ehtiyacı var. Biz ölkəyə ən çox ehtiyacı olan anda kömək etmək qərarına gəldiyinə görə Aleksandr Muntyanuya minnətdarlığımızı bildiririk”, - deyə partiya lideri vurğulayıb.