AZ

"Britaniya sərhədlərinə nəzarəti itirib"

Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud bildirib ki, ölkənin miqrasiya siyasətindəki uğursuzluqlar ictimai etimadı sarsıdır və dövlətin nüfuzuna zərbə vurur.

Publika.az “The Telegraph”a istinadla xəbər verir ki, nazir bu fikirləri Londonda Balkan ölkələrinin daxili işlər nazirləri ilə keçirilən sammitdə səsləndirəcək və hökumətin sərhəd nəzarətindəki boşluqların yaratdığı risklər barədə indiyədək ən açıq bəyanatlardan birini verəcək.

Nazirin sözlərinə görə, 2024-cü ildə təkcə Qərbi Balkan marşrutları vasitəsilə 22 minə yaxın insan Avropaya qaçaq yollarla gətirilib, həmçinin bu il 35 min 500 miqrant La-Manş boğazını kiçik qayıqlarla keçib, bu, ötən illə müqayisədə 30 faiz artım deməkdir.

Seçilən
7
4
publika.az

5Mənbələr