Bakı. Trend:
Almaniyada iflas edən şirkətlərin sayının artaraq son on ilin ənyüksək göstəricisinə çatacağı gözlənilir.
Trend xəbər verir ki,Almaniya Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatınagörə, sentyabrda təqdim olunan iflas ərizələrinin sayı ötən ilineyni dövrü ilə müqayisədə 10,4 faiz artıb. İyulda isə 2197 şirkəthaqqında iflas işi açılıb ki, bu da ötən ilə nisbətən 13,4 faizçoxdur. İyulda iflası qeydə alınan şirkətlərə kreditorlarıntələblərinin ümumi məbləği 3,7 milyard avro təşkil edib. Ötən iliniyulunda bu göstərici 3,2 milyard avro olub.
Bu ilin iyulunda Almaniyada 10 min şirkətə orta hesabla 6,3iflas halı düşüb. İflas hallarına ən çox daşıma və anbarsektorlarında rast gəlinib. Bu sektorlarda hər 10 min şirkətə 12,7iflas halı qeydə alınıb. Sonrakı yerlərdə iaşə və müxtəlif iqtisadixidmətlərin göstərilməsi (hər ikisi üzrə 10 min şirkətə 9,9müflisləşmə) qərarlaşıb.
Qeyd edək ki, pandemiya dövründəki dövlət dəstəyinin bitməsi,zəif ixrac göstəriciləri və sənaye istehsalındakı azalma iflasvəziyyətini daha da ağırlaşdırır. İflas hallarının əsas səbəbləriarasında maliyyə axınının zəifləməsi, çevik biznes modellərininolmaması və strateji qərar səhvləri də qeyd olunur.