AZ

Tраmp Çarli Kirki ölümündən sonra medalla təltif etdi

BAKI, 15 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tраmp sui-qəsd nəticəsində ölmüş konservativ siyasi fəal Çarli Kirki ölümündən sonra Prezidentin Azadlıq Medalı ilə təltif edib.

Teleqraf xəbər verir ki, mərasim Vaşinqtonda keçirilib.

Mərasim zamanı mükafat Kirkin həyat yoldaşı Erika Kirka təqdim olunub. Tramp çıxışı zamanı Kirki öz nəslinin ən görkəmli nümayəndələrindən biri və uzaqgörən şəxsiyyət adlandırıb.

Xatırladaq ki, Çarli Kirk ABŞ-də tanınmış ictimai xadim və konservativ hərəkatın fəal iştirakçısı idi. Onun qətli ilə bağlı şübhəli şəxs artıq saxlanılıb.

Seçilən
20
teleqraf.com

1Mənbələr