AZ

Quzunu qurdla yeyib çobanla ağlayan Samvel...

Hayları soyub onlara xoşbəxtlik vəd edən oliqarxın maska altındakı sifəti göründü

Son aylar Ermənistanda revanşistlərin 2026-cı ildə keçiriləcək parlament seçkilərində  hakimiyyətə gəlmək ehtirası daha da coşur. Cərəyan edən hadisələr göstərir ki, “Taşir” şirkətlər qrupunun rəhbəri, milyarder Samvel Karapetyan həbsxanada olsa da hakimiyyəti ələ almaq barədə planlar cızır.

Bir neçə gün əvvəl İrəvanda həbsdə olan oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi “Bizim yol” hərəkatının qurultayı keçirilib. Təşkilatın koordinatoru və onun liderinin qardaşı oğlu Narek Karapetyanın bildirdiyinə görə, son altı həftə ərzində hərəkatın sıralarına 5000 könüllü qoşulub. Onlar gələn həftə liderlərinə-Samvel Karapetyana dəstək aksiyası keçirməyi planlaşdırırlar. Qurultayda çıxış edən Narek Karapetyan əminliklə bəyan edib: “Əgər bizim tərəfdarlarımızın sayı eyni sürətlə artmaqda davam edərsə, qarşıdakı aylarda on minlərlə insanımız olacaq və bu, geridönməz dəyişikliklərə doğru böyük addımdır”.

Həbsxanadan verdiyi mesajda Samvel Karapetyan deyib ki, komanda gəncdir və onlar ardıcıl olacaqlar, vətənin namusunu qoruyacaqlar, hərəkatın ideyaları və proqramları ilə Ermənistanı nümunəvi ölkəyə çevirəcəklər.

Bax, elə burada qara işlərlə məşğul olan Karapetyan böyük səhvlərə yol verir. Əvvəla, haylarda anadangəlmə namus olmur ki, onu da qorusunlar, yəni olmayan bir şeyin nəyini qoruyacaqlar. Namussuzluq onlara nənə-babalarından “miras” qalıb. İkincisi, Samvelin dediyi kimi, Ermənistanın nümunəvi dövlət olması dəvənin quyruğu yerə dəyəndə mümkün ola bilər. Çünki buna onların zəngin təbii resursları, müasir texnika və yüksək texnologiyaları yoxdur.

 On illərdir ki, öz soydaşlarının varını-yoxunu əlindən alan Samvel Karapetyanda birdən-birə hay sevgisi təəccüb doğurur. Çünki səmimi sevgi deyil. Özünün milyardlara sahib olmasından ötrü kasıb hayların axırıncı qəpik-quruşunu da əllərindən alan Karapetyan bu gün utanmadan onlara xəyali xoşbəxt günlər vəd edir.

Ən mühümü odur ki, Samvelin qardaşı oğlu Narek ay yarım müddətində hərəkata beş min insanın qoşulduğunu bildirir və parlament seçkilərində böyük siyasi qüvvəyə malik olacaqlarını vurğulayır. Ancaq görünür, Narek sadə hesabı çox pis bilir. Xatırladaq ki, seçkilərə cəmi yeddi ay qalır və bu müddətdə Samvelin başçılıq etdiyi hərəkata Narekin dediyi kimi uzağı otuz min insan qatıla bilər. Görəsən bir milyona yaxın seçicinin iştirak edəcəyi siyasi kampaniyada hərəkat bu qədər az səslə uğur qazana bilərmi? Otuz min nəfər seçicilərin neçə faizini təşkil edəcək? Karapetyan nəyə ümid bağlayır? Əgər Narek kimi bir kütbeyinin fikri ilə oturub-duracaqsa deməli, o da onun tayı olacaq, sonda biabırçı məğlubiyyətə uğrayacaq, sifarişçilərini peşman edəcək.

Dünənə qədər xarici ölkələrdə külli miqdarda pullar və sərvətlər ələ keçirən, kefcil həyat sürən Samvelin “hansı yuvanın quşu” olduğunu haylar o qədər də bilmir və tanımırlar. Əlbəttə, tam əksəriyyət ona “yox” deyəcək. Gülünc işdir ki, belə kiçik qüvvə ilə hazırkı baş nazir Nikol Paşinyanın partiyasına necə qalib gələ bilər? Təbii ki, qalib gələ bilməz.

Azacıq siyasi şüuru olan adam dərhal anlayar ki, avantürist Samvel Karapetyanın seçki şousu “keçinin su bulandırmasından” başqa bir şey deyil. Sadəcə rəqiblərinə “mən də varam” demək istəyir. Amma əslində quzunu qurdla yeyib çobanla ağlayanlardan biridir.

Vəli İlyasov, “İki sahil”

Seçilən
15
ikisahil.az

1Mənbələr