ABŞ Maliyyə naziri Skott Bessent Ukrayna Baş naziri Yuliya Sviridenko ilə görüşündə bildirib ki, Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı “təzyiqi əhəmiyyətli dərəcədə artırmaq” məqsədilə Qərb ölkələri qrupu (G7) ilə əməkdaşlığa hazırdır.
APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan rəsmi bəyanatda qeyd olunub.
Məlumata görə, Bessent Vaşinqtondakı görüşdə “ABŞ-ın G7 tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı təzyiqi əhəmiyyətli dərəcədə artırmaq işinə sadiq olduğunu” vurğulayıb.