AZ

Madaqaskarda dövlət çevrilişi baş verib

Madaqaskarda elit hərbi birləşmə ölkənin çətin vəziyyətdə olan prezidenti Andri Rajoelinanı devirərək hakimiyyəti ələ keçirdiyini iddia edib.

Editor.az bildirir ki, bu barədə BBC xəbər verir. Elit CAPSAT hərbi hissəsinin komandiri, polkovnik Maykl Randrianirina milli radioda “Biz hakimiyyəti ələ keçirmişik” bəyanatını oxuyub. O, həmçinin CAPSAT-ın ordu, jandarma və milli polis məmurlarından ibarət komitə yaradacağını açıqlayıb. Hərbçilər bir neçə günə mülki hökumət quracağını vəd edir. Onun sözlərinə görə, yaxın on səkkiz ay-iki il ərzində ölkədə seçkilər keçiriləcək.

Randrianirina həmçinin bildirib ki, onun və həmkarlarının mövcud rejimi devirməkdən başqa çarəsi yoxdur. “Prezident yoxdur, hökumət yoxdur… burada heç nə işləmir. Qoşunlar paytaxt Antananarivo ətrafında zirehli Humvee və pikap maşınlarında “fəxri dövrə vurdular”.

Madaqaskarın Konstitusiya Məhkəməsi Randrianirini ölkənin yeni lideri təyin edib, lakin prezident administrasiyası Rajoelinanın hakimiyyətdə qalmasını israr edir. Qanunvericilər əvvəllər Rajoelinanın impiçmenti üçün səs versələr də o, bunu “etibarsı” adlandırmışdı.

//Samir Qurbanov, Editor.az

Seçilən
69
editor.az

1Mənbələr