Bakı. Trend:
Ziraat Bank Azərbaycan 2025-ci ilin üçüncü rübündə uğurlunəticələr əldə edərək böyümə strategiyasını davam etdirib. Bankınmaliyyə göstəriciləri, səmərəli idarəetmə və müştəri etimadınaəsaslanan davamlı inkişaf dinamikasını bir daha nümayişetdirir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə bankın depozit portfelimüsbət dinamika ilə 60% artaraq 986 milyon manatı keçib. Hüquqişəxslərin müddətli depozitləri isə 142 milyon manatı ötüb.
Kredit portfeli də 64% artaraq 728 milyon manatı keçib. Qeydolunmuş göstəricinin 671 milyon manatı biznes kreditlərinin payınadüşür. Bu nəticə Ziraat Bank Azərbaycanın real sektora yönəlikkreditləşməni prioritet tutmasının bariz nümunəsidir.
Bankın əməliyyat səmərəliliyinin artması ilə xalis əməliyyatmənfəəti 25% artaraq 29 milyon manatı keçib.
Xalis faiz gəliri isə 18% artaraq 31 milyon manatı ötüb.
Ümumilikdə, Ziraat Bank Azərbaycanın xalis mənfəəti 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 63% artaraq 18 milyon 363 min manataçatıb. Bu, bankın maliyyə dayanıqlığının və strateji idarəetmənineffektivliyinin göstəricisidir.
Ziraat Bank Azərbaycanın cəmi aktivləri isə 1 milyard 234 milyonmanata yüksəlib, bu da 53% artım deməkdir.
Ziraat Bank Azərbaycan bundan sonra da müasir texnologiyalaraəsaslanan innovativ həllər və rəqəmsal xidmətlər vasitəsiləmüştərilərin ehtiyaclarını qarşılamağa davam edəcəyinibildirib.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 161illik tarixə malik "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir.Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmətgöstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvanşəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərəxidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram,X-platforması,Linkedin,YouTubesosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərəkəldə edə bilərsiniz.