AZ

Hansı növ tütünçəkmə daha çox zərərlidir Araşdırma

ain.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Con Hopkins Universitetindən olan alimlər bir neçə elmi mərkəzin mütəxəssisləri ilə birlikdə apardıqları tədqiqat nəticəsində müəyyən ediblər ki, veyp istifadəçiləri tənəffüs yolları xəstəlikləri ilə daha tez-tez qarşılaşırlar.

Tribunainfo.az xəbər verir Zakon.kz-a istinadən xəbər verir ki,tədqiqatda təxminən 250 min nəfər iştirak edib. Təcrübələr veyp istifadəsi ilə xroniki obstruktiv ağciyər xəstəliyi (XOAQ) arasında sabit əlaqəni ortaya çıxarıb. Bundan əlavə, 30–70 yaş arası veyp istifadəçilərində hipertoniya riski artmış vəziyyətdə qeydə alınıb. Bu barədə “Nicotine & Tobacco Research” jurnalında məqalə dərc olunub.

Alimlər iştirakçıları onların tütünçəkmə vərdişlərinə görə qruplaşdırıblar:

bir qrup yalnız veyp istifadə edib,

digər qrup yalnız adi siqaret çəkib,

üçüncü qrup hər iki növ siqareti istifadə edib,

kontrol qrupuna isə ümumiyyətlə siqaret çəkməyənlər daxil edilib.

İştirakçıların sağlamlıq vəziyyəti 4 il ərzində izlənilib və müxtəlif xəstəliklərin inkişafı qeydə alınıb.

Adi siqaret istifadəçilərində bütün göstəricilər üzrə – diabetdən tutmuş ürək çatışmazlığına qədər – xəstəlik riski daha yüksək olub.

Hər iki növ siqareti eyni anda istifadə edənlərdə isə sağlamlıq üçün təhlükə səviyyəsi ən yüksək olub.

Tədqiqat müəllifləri vurğulayırlar ki, elektron siqaretlər adi siqaret qədər dağıdıcı olmasa da, qətiyyən təhlükəsiz deyil.

Xatırladaq ki, bundan əvvəl Qırğızıstanda veyp və elektron siqaretlərin istifadəsinə qadağa qoyulmuşdu.

İmran Kərimli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
tribunainfo.az

2Mənbələr