AZ

WSJ: Trampın Qəzza uğuru digər münaqişələrdə də rol oynaya bilər

ain.az, Gununsesi saytına istinadən bildirir.

Avropa rəsmiləri Trampın Qəzza təcrübəsini Ukrayna münaqişəsinə tətbiq edə biləcəyinə ümid edir

“The Wall Street Journal” (WSJ) Avropa rəsmilərinə istinadən yazır ki, Avropa İttifaqı (Aİ) rəsmiləri ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsinin həllindəki təcrübəsinin ona Ukraynadakı münaqişənin həllinə kömək edə biləcəyinə ümid edirlər.

WSJ-nin mənbələrinə görə, Tramp “bu diplomatik qələbənin sürətini ələ keçirə və düzgün dərslər çıxara biləcək.”

Bundan başqa, Ağ Ev Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Fred Fleitz nəşrə bildirib ki, Qəzza münaqişəsinin həlli təcrübəsi Tramp-a digər böyük münaqişələri həll etmək üçün güclü təsir rıçaqları verir.

Qeyd edək ki, bundan əvvəl Time qəzeti Trampın Qəzza münaqişəsinin həlli üçün qeyri-kamil və zəif təfərrüatlı plan təqdim etdiyini yazmışdı.

Firuzə

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
icma.az

1Mənbələr