AZ

Astaranın yeddi kəndində heyvanlar arasında sürətlə dabaq xəstəliyi yayılır

ASTARA, 14 oktyabr. TELEQRAF

Astara rayonunda mal-qarada yoluxucu dabaq xəstəliyi yayılıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, rayonun Seləkəran, Giləkəran, Kələdəhnə, Böyük Şahağacı, Suparibağ, Şiyəkəran kəndlərində və Ərçivan qəsəbəsində mal-qarada dabaq xəstəliyi müşahidə olunur.

Kənd sakinlərinin sözlərinə görə, xəstəlik heyvanlar arasında sürətlə yayılır, temperatur 42 dərəcəyə qədər qalxır və ağızdan köpük gəlməsi kimi simptomlar görünür.

Bəzi heyvan sahibləri xəstəliyin yayılmasının qarşısını almaq üçün mal-qaranı qapalı şəraitdə saxlamağa məcbur olublar. Onlar həmçinin dərmanların keyfiyyətsiz, çatışmaz və baha olduğunu bildirirlər.

Sakinlərin sözlərinə görə, son 10 gün ərzində xəstəliyin yayılması sürətlənib.

Qida Təhlükəsizliyi Agentliyi isə ölkədə epizootik vəziyyətin nəzarətdə saxlanıldığını, peyvəndləmə və biotəhlükəsizlik tədbirlərinin davam etdirildiyini açıqlayıb.

Seçilən
110
teleqraf.com

1Mənbələr