AZ

ABŞ-da ən çox hansı avtomobillər satılır? - TOP-10

"Ford F-Series" pikap Amerika bazarında liderliyini qoruyub saxlayıb. Baxmayaraq ki, bəzi digər modellər satış artımı göstərib. 

Ölkə.Az Valyuta.az-a istinadla xəbər verir ki, bu barədə “Focus2Move” məlumat yayıb.

2025-ci ilin avqust ayına olan məlumata görə, "Ford F-Series"in ABŞ bazarındakı payı 5% (satış artımı 13,1%) təşkil edir. İkinci yerdə 6,6% artım nümayiş etdirən "Chevrolet Silverado" gəlir. İlk üçlüyü "Toyota RAV4" krossoveri qapayır.

İlk onluğa daxil olan ən təsirli satış artımını "Toyota Tacoma" (+69,2%) nümayiş etdirib. "GMC Sierra" və "Chevrolet Equinox" yaxşı dinamika nümayiş etdirdi. Eyni zamanda, "Tesla Model Y"nin performansı 10,4% azalıb.

ABŞ-da ən populyar 10 avtomobil:

1. Ford F-Series (+13,1%);
2. Chevrolet Silverado (+6,6%);
3. Toyota RAV4 (+0,8%);
4. Honda CR-V (+3,7%);
5. Ram Pick Up (+1%);
6. GMC Sierra (+27,4%);
7. Tesla Model Y (-10,4%);
8. Chevrolet Equinox (+31,9%);
9. Toyota Camry (+3,1%);
10. Toyota Tacoma (+69,2%).

Seçilən
96
8
olke.az

10Mənbələr