AZ

“Qəzza razılaşması Fələstin problemini həll etməyəcək” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsraillə HƏMAS arasında əldə olunan razılaşmalara Fələstin problemini həll edən sənəd kimi baxmaq düzgün olmaz.

Busaat.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, bu müqaviləni Fələstin problemini həll edən sənəd kimi qiymətləndirmək səhv olardı:

“Bu razılaşma mahiyyət etibarı ilə atəşkəsdir.

Bizim fikrimizcə, Fələstin məsələsinin yeganə həlli 1967-ci il sərhədləri daxilində və paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən birləşmiş Fələstin dövlətinin yaradılmasıdır”, – deyə Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə deyib.

O, bildirib ki, Türkiyə əvvəllər olduğu kimi, bu hədəfi qətiyyətlə həyata keçirəcək:

“Biz İsrail hökumətinin verdiyi vədləri yerinə yetirməsini təmin etməliyik, çünki İsrailin bu məsələ ilə bağlı göstəriciləri son dərəcə zəifdir. Əminəm ki, İsrailə, xüsusən də ABŞ-a təsir edənlər bundan sonra da lazım olan hər şeyi edəcəklər”.

Yeganə

Seçilən
5
2
busaat.az

3Mənbələr