AZ

Bank VTB Azərbaycan ın depozit portfeli 7 % ə yaxın azalıb

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Bank VTB Azərbaycan" ASC bu ilin yanvar-sentyabr aylarını 10,490 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 70,8 % çoxdur.

9 ay ərzində "Bank VTB Azərbaycan"ın gəlirləri 42,469 milyon manat (illik müqayisədə 27 % çox), xərcləri 32,568 milyon manat (17,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 588 min manat (35,2 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə "Bank VTB Azərbaycan"ın aktivləri 298,275 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,3 % azdır. Bunun 209,476 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7 % böyüyüb.

Hesabat dövründə "Bank VTB Azərbaycan"ın öhdəlikləri 7,3 % azalaraq 186,789 milyon manata, o cümlədən depozit portfeli 6,5 % azalaraq 103,015 milyon manata düşüb, balans kapitalı isə 14,2 % artaraq 111,485 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i "Bank VTB Rusiya" ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq" MMC-nin keçmiş baş direktoru) məxsusdur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
2
cebheinfo.az

3Mənbələr