AZ

Söküntü səs-küyə səbəb oldu: “Sədərək” Ticarət Mərkəzində QALMAQAL

Söküntü

Ulusum.az Xəzər TV-yə istinadən xəbər verir ki, sahibkarların iddialarına görə, ticarət mərkəzinin ətrafında yerləşdirdikləri ödənişli reklam lövhələri bu gün səhər tezdən, əvvəlcədən xəbərdarlıq edilmədən sökülməyə başlanıb. Onların sözlərinə görə, bu addım ciddi narazılığa səbəb olub.Bir qrup sahibkar bildirib ki, ərazidə 21 reklam lövhəsi dağıdılıb və nəticədə onlara təxminən 210 min manat dəyərində maddi ziyan dəyib.Məlumata görə, bu səbəbdən sahibkarlarla Agentlik əməkdaşları arasında gərginlik yaşanıb. Sahibkarlar bu addımı qanunsuz hesab etdiklərini və belə tədbirlərin ticarət mühitinə mənfi təsir göstərdiyini bildiriblər.“Sədərək” Ticarət Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirib ki, qüvvəyə minmiş məhkəmə qərarına əsasən, “Sədərək” bazarının ərazisi özəl mülkiyyət kimi tanınıb və bu barədə Dövlət Reklam Agentliyinə rəsmi məlumat verilib.Onun sözlərinə görə, ticarət mərkəzinin ərazisi tam hasarlanıb, mühafizə olunur və giriş-çıxış idarə olunur. Reklam konstruksiyaları bazarın daxili ticarət zonasında, yəni ictimai yol və ya bələdiyyə ərazisi ilə əlaqəsi olmayan hissələrdə quraşdırılıb.Dövlət Reklam Agentliyindən isə bildirilib ki, söküntü işləri qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib.Mövzu ilə bağlı videomaterial təqdim edirik:R.D

Diqqət Çəkənlər

Ballı Xardallı Qızılbalıq: Dadlı və Sağlam Seçim

Peçenye Resepti – Cəmi Bir Neçə Ərzaqla VİDEO

Göz dibi müayinəsi sadəcə müayinə deyil – sağlam görmənin zəmanətidir! VİDEO

Seçilən
14
3
ulusum.az

6Mənbələr