AZ

Trampın Knessetdəki çıxışı İranda qəzəb doğurdu: Bəyanat yaydılar

İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın dialoq çağırışını tənqid edərək, Vaşinqtonu düşmən və cinayətkar davranışda günahlandırıb.

Publika.az xəbər verir ki, nazirlik bu bəyanatı Trampın Knessetdə Tehranın da daxil olduğu mümkün razılaşma barədə dediklərindən sonra yayıb.

Bəyanatda deyilir: “ABŞ prezidentinin sülh və dialoq arzusunu ifadə etməsi, Birləşmiş Ştatların İran xalqına qarşı düşmən və cinayətkar davranışı ilə ziddiyyət təşkil edir”.

İyunda ABŞ İsraillə birlikdə Tehranın nüvə proqramı ilə bağlı beş raund davam edən, lakin zənginləşdirmə məsələlərinə görə dalana dirənən dolayı danışıqlardan sonra İranın nüvə obyektlərinə birgə zərbə endirib.

Tramp dünən Knessetdə çıxışı zamanı bildirib ki, İran “12 günlük müharibədə böyük zərbə alıb”, lakin onun fikrincə, “İran və İsrail arasında sülh sazişinin əldə edilməsi əla olardı”.

Seçilən
6
publika.az

1Mənbələr