AZ

Tramp Tailand və Kamboca arasında sülh sazişinin imzalanmasında iştirak edəcək

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) oktyabrın 26–28-də Malayziyanın paytaxtı Kuala Lumpurda keçiriləcək sammitində iştirak edəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, Tailand və Kamboca arasında sülh sazişinin imzalanması mərasimində şahid qismində çıxış edəcək.

Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən jurnalistlərə bildirib ki, Tramp “Tailand–Kamboca sülh sazişinin şahidi olmağı səbirsizliklə gözləyir”.

Xatırladaq ki, iyul ayında iki ölkə arasında baş verən silahlı toqquşmalar nəticəsində 40-dan çox insan həlak olub, 300 minə yaxın sakin evlərini tərk etməyə məcbur qalıb. Beş günlük döyüşlərdən sonra Trampın vasitəçiliyi ilə atəşkəs əldə olunub, lakin tərəflər bir-birini dəfələrlə sazişi pozmaqda ittiham ediblər.

Kambocanın baş naziri Hun Manet ABŞ prezidentini Nobel Sülh Mükafatına namizəd göstərib və onu “toqquşmalara son qoyan yenilikçi diplomatiya”ya görə təqdir etdiyini bildirib. Taylandın baş naziri Anutin Çarnvirakul isə Trampdan məktub aldığını və ABŞ liderinin regionda sabitliyin bərpasını görmək istədiyini qeyd edib.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
icma.az

1Mənbələr