AZ

Paşinyan Trampa kim olduğunu XATIRLATDI: “Mən Ermənistanın baş naziriyəm!” - VİDEO

Yaxın Şərq Sülh Sammitində ABŞ prezidentinin çıxışından sonra Ermənistanın baş naziri Nikol Paşinyan Donald Trampın yanına yaxınlaşaraq deyib: "Cənab prezident, mən Ermənistanın baş naziriyəm. Sizə təşəkkür edirəm, Tanrı sizi qorusun".

Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Tramp isə qarşılığında Paşinyanın çiyninə toxunaraq cavab verib.

Qeyd edək ki, ABŞ lideri daha əvvəl bir neçə dəfə Ermənistanın adını səhv salıb. O, müxtəlif auditoriyalarda Ermənistanı Albaniya adlandırıb.

Musavat.com

Seçilən
29
3
musavat.com

10Mənbələr