ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 oktyabr, AZƏRTAC
“Wi-Fi 7” hələ geniş şəkildə bazara çıxmağa macal tapmamış, “TP-Link” şirkəti simsiz rabitənin növbəti nəsli istiqamətində mühüm addım atıb. Şirkət “Wi-Fi 8” avadanlığının ilkin prototipinin uğurlu sınaqdan keçirildiyini elan edərək bunu “inkişafda kritik mərhələ” adlandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.
“TP-Link” təsdiqləyib ki, şirkət “Wi-Fi 8” (802.11bn) standartının mayakının işləkliyini və məlumat mübadiləsi imkanlarını sınaqdan keçirərək, onun gələcək istehlakçı cihazları üçün real tətbiq potensialını sübut edib. Şirkət hesab edir ki, belə cihazlar IEEE (Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu) tərəfindən standartın rəsmi təsdiqi 2028-ci ilə qədər başa çatmazdan əvvəl bazara çıxacaq.
Özündən əvvəlki nəslin nümunəsində olduğu kimi “Wi-Fi 8” də 2,4 Ghz, 5 Ghz və 6 Ghz tezlik diapazonlarından istifadə edəcək, nəzəri baxımdan maksimum kanal enliyi 320 MHz, məlumat ötürmə sürəti isə 23 Gbit/s olacaq. Bununla belə, əsas diqqət real iş rejimində məhsuldarlığın və bağlantının etibarlılığının artırılmasına yönəldilib.
“Wi-Fi 8”in nəzəri olaraq eyni anda daha çox cihazı dəstəkləməsi və marşrutlayıcıdan uzaqlaşarkən və ya ev daxilində hərəkət edərkən gecikmələri əhəmiyyətli dərəcədə azaltması gözlənilir. Bu isə onlayn oyunlar və axın xidməti (streaming) zamanı daha sabit iş təmin edəcək, videozənglər zamanı kəsilmələrin, donmaların və səs təhriflərinin qarşısını alacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.