AZ

Piylənmə ilə səhər yeməyinin əlaqəsi üzə çıxdı

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Səhər yeməyini ötürmək metabolik sindrom riskini artırır.

Milli.Az xəbər verir ki, Çinin Ninxia Tibb Universitetinin alimləri göstəriblər ki, səhər yeməyini müntəzəm olaraq ötürmək metabolik sindrom riskini yüksəldir.

Bu sindrom piylənmə, yüksək qan təzyiqi, qan şəkəri və xolesterinin artması kimi pozğunluqları əhatə edir.

Nəticələr "Nutrients" jurnalında dərc olunub.

Tədqiqat onlarla minlərlə insanı əhatə edən doqquz elmi işin məlumatlarını analiz edib. Nəticələr göstərib ki, səhər yeməyini gecikdirmək və ya yeməmək metabolik sindrom riskini 10-26% artırır. Ən güclü əlaqələr qarın ətrafı piylənmə və qan şəkərinin yüksəlməsi ilə müşahidə olunub.

Alimlər qeyd edirlər ki, səhər yeməyi metabolizmin daha sabit olmasına kömək edə bilər. Səhər yeməyi gün ərzində qida seçimlərini nəzarətdə saxlamağa və duz, şəkər, yağ və karbohidrat zəngin məhsullara tələbatı azaltmağa kömək edir.

İsmayıl

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
news.milli.az

2Mənbələr