AZ

Bu binalarda mənzillər bahalaşacaq - VİDEO

Enerji pasportu olan binalarda mənzillər bahalaşacaq.


Manset.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Azərbaycanda yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.

Məsələ artıq Milli Məclisin plenar iclasında müzakirə edilib və birinci oxunuşda qəbul olunub.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, yeni qanun vətəndaşlarda maraq

yaratmaqla yanaşı, mənzil bazarına da ciddi təsir edəcək.

Onun fikrincə, enerji pasportu olan binalarda qiymətlərlə yanaşı, tələbat da yüksək olacaq.

Qayda və mexanizmlər Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. Bildirilib ki, kvadratmetri 2500 manata satılan ev enerji pasportu

olduqdan sonra 2700 manata təklif olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Seçilən
3
4
manset.az

5Mənbələr