AZ

MDB məkanında çağırışlar və Azərbaycanın baxışı

Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müstəqil Dövlətlər Birliyi məkanında müşahidə edilən yeni çağırışlar – iqtisadi transformasiya, təhlükəsizlik məsələləri, iqlim dəyişmələri və texnoloji keçid dövrü – dövlətlərdən daha çevik və uzaqgörən siyasət tələb edir. Azərbaycan bu kontekstdə regional sabitliyin qorunmasını və dayanıqlı inkişafın təminini əsas prioritet hesab edir.

Prezident İlham Əliyev çıxışında MDB-nin yalnız keçmişin təcrübəsi üzərində deyil, həm də gələcəyə yönəlmiş müasir inteqrasiya modelinə əsaslanmalı olduğunu diqqətə çatdırıb. Azərbaycan regional əməkdaşlığın enerji, nəqliyyat, logistika, innovasiya və mədəniyyət kimi sahələrdə genişləndirilməsini vacib sayır.

Ölkəmizin enerji və nəqliyyat infrastrukturu sayəsində MDB məkanında etibarlı tərəfdaş kimi çıxış etməsi bu istiqamətdə yeni təşəbbüslər üçün əsas yaradır. Xüsusilə Zəngəzur dəhlizinin reallaşması, Orta Dəhlizin inkişafı və Xəzər regionunda əməkdaşlıq formatlarının genişləndirilməsi MDB ölkələri üçün strateji əhəmiyyət daşıyır.

Azərbaycan, eyni zamanda, humanitar və mədəni əməkdaşlığı da regional etimadın möhkəmlənməsi üçün əsas faktor hesab edir. Laçının MDB-nin 2025-ci il üzrə “Mədəniyyət Paytaxtı” elan edilməsi bu istiqamətdə mühüm təşəbbüsdür. Bu addım həm azad edilmiş ərazilərin bərpasına dəstək, həm də MDB xalqları arasında mədəni yaxınlaşmanın rəmzidir.

Zaur Mehdiyev,

YAP Gədəbəy rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
yeniazerbaycan.com

2Mənbələr