AZ

Bu avtobusda da gedişhaqqı 60 qəpik oldu

Paytaxt ərazisində sərnişinlərə xidmət göstərən daha bir marşrut xətti üzrə avtobuslar müasir tələblərə cavab verən nəqliyyat vasitələri ilə əvəzlənir.

Modern.az xəbər verir ki, 14 oktyabr tarixindən 93 saylı (Sabunçu qəsəbəsi – Dərnəgül NMM) müntəzəm marşrut xətti üzrə “Xaliq Faiqoğlu” şirkəti xidmət göstərəcək və avtobuslar yenilənəcək.

Gündəlik 12 min nəfərədək sərnişinin istifadə etdiyi marşrut üzrə xidmətə veriləcək CNG yanacaq növlü “King Long” markalı avtobuslar son texnoloji yeniliklərlə təchiz edilib və xətt üzrə xidmət keyfiyyətini artıracaq.

Qeyd edək ki, avtobusların yenilənməsi ilə 93 saylı marşrutda da gedişhaqqı tarifi 60 qəpik olacaq.

Xatırladaq ki, sentyabrın 29-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Qərara əsasən, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) də 60 qəpik olaraq müəyyən edilib. Qərar oktyabrın 1-dən qüvvəyə minib.

Seçilən
2
2
modern.az

3Mənbələr