AZ

Baş məşqçi postuna qaytarmaq istədilər, təklifi qəbul etmədi

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi, hazırda məşqçi kimi fəaliyyət göstərən Maykl Karrik Şotlandiya Premyer Liqasında iş təklifi ala bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Reyncers” ingilis mütəxəssisi komandaya baş məşqçi kimi gətirməkdə maraqlıdır.

Daha əvvəl klubun rəhbərliyi bu vəzifəyə “Liverpul”un sabiq futbolçusu Stiven Cerrardı qaytarmaq istəyib, ancaq o, təklifi qəbul etməyib.

Karrikin sonuncu iş yeri İngiltərə Çempionşipində çıxış edən “Middlsbro” olub. O, keçən mövsümün sonunda klubla yollarını ayırıb.

“Reyncers” hazırda Şotlandiya çempionatının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Seçilən
3
sportinfo.az

1Mənbələr