AZ

Hemilton “Ferrari” daxilindəki prosedurların dəyişdirilməsini istəyir

“Formula-1”in yeddiqat çempionu Lyuis Hemilton “Ferrari”nin metodologiyasında və prosedurlarında dəyişikliklər edilməsini tələb edir.

Bu barədə İdman.Biz “Corriere della Sera”ya istinadən məlumat verir.

“Maranello-trek tandemində nəsə işləmir. Hemilton bunu vurğulayaraq, metod və prosedurların dəyişdirilməsində israr edir. Görünür, Lyuisin daha bir hesabat tərtib edərək onu rəhbərliyə göndərib”, - nəşr yazır.

Hemilton hazırda 127 xalla ümumi sürücülər sıralamasında altıncı yerdədir. Çempionatın lideri “McLaren” komandasının üzvü Oskar Piastri 336 xala malikdir.

İdman.Biz

Seçilən
4
1
idman.biz

2Mənbələr