AZ

Azərbaycan 36 ölkəni məğlub etdi 2 ildən sonra dəyişiklik olacaq

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankı (AMB) QR kod vasitəsilə ödəniş sistemlərini genişləndirmək istəyir. Lakin bildirilir ki, bəzi bölgələrdə internetin zəif olması, eləcə də POS terminallarının tez-tez çökməsi bu sistemin effektiv işləməsinə mane ola bilər.

Belə şəraitdə QR ödəniş sisteminin genişləndirilməsi nə dərəcədə real ola bilər? Bunun üçün infrastrukturda hansı dəyişikliklərə ehtiyac var?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, QR sisteminə keçid likvidliyin azaldılması və tamamilə rəqəmsal iqtisadiyyata keçidlə bağlıdır:

“Lakin bu addımı atmazdan əvvəl cəmiyyətin bu barədə məlumatlılıq səviyyəsini və maliyyə savadlılığını nəzərə almaq vacibdir. Hazırda əhalinin bir hissəsi, hətta debet və kredit kartlarından düzgün istifadə edə bilmir. Əsasən yaşlı və orta nəsil nümayəndələri bankomatlardan vəsait çıxarmaq üçün gənclərdən kömək istəyirlər. Bu şəraitdə QR vasitəsilə ödəniş sisteminə keçid müəyyən çətinliklər yarada bilər. Digər tərəfdən, son illərdə bəzi hallarda vətəndaşların hesablarından vəsaitlər qanunsuz çıxılır. Bu da insanlarda, xüsusilə yaşlı nəsil arasında rəqəmsal sistemlərə qarşı ehtiyatlı münasibət formalaşdırıb. Həmçinin bəzi xarici ölkələrin təcrübəsində saxta QR kodların yapışdırılması və ödənişlərin yanlış istiqamətə yönləndirilməsi halları olub. Buna görə də sistem tətbiq edilməzdən öncə təhlükəsizlik tədbirləri gücləndirilməli, nəzarət mexanizmləri və monitorinq prosesi qurulmalıdır”.

Günay Hüseynova

İqtisadçı qeyd edib ki, bəzi bölgələrdə internetin zəif olması və POS terminallardan istifadə zamanı yaranan problemlər də ciddi maneədir:

“Əksər hallarda bu, texniki nasazlıqdan çox sahibkarların səhlənkarlığı ilə bağlıdır. Çünki çox vaxt “POS terminal işləmir” bəhanəsi ilə nağdsız ödənişlər qəbul edilmir. Bu hallar əsasən qızıl mağazalarında, univermaqlarda və iri ticarət mərkəzlərində müşahidə olunur. Effektiv monitorinqin olmaması sahibkarlara bu vəziyyətdən sui-istifadə imkanı yaradır. Nağdsız ödənişlərin geniş tətbiqi üçün internetin keyfiyyəti və qiymət siyasəti də önəmlidir. Hazırda ölkədə internet xidmətləri baha olmaqla yanaşı, keyfiyyət baxımından da yetərli səviyyədə deyil. QR kodla ödəniş sisteminə keçid üçün tariflərin tənzimlənməsi və əhalinin bu prosesə rahat adaptasiyası təmin olunmalıdır. Xarici ölkələrin təcrübəsində QR ödənişlər daha çox ictimai nəqliyyatda tətbiq edilir. Azərbaycanda da rəqəmsal ödənişlərin təşviqi üçün müəyyən güzəştlər və ya kəşbek sistemləri tətbiq olunmalıdır”.

İqtisadçı Ramil Abbasov bildirib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) 2023-cü il hesabatına əsasən, Azərbaycan rəqəmsal bacarıqlar üzrə 100 ölkə arasında 64-cü yerdə qərarlaşıb:

Ramil Abbasov

“Amma əhalinin əhəmiyyətli hissəsi üçün bu cür texnoloji yeniliklər hələ də “etimad zonası”ndan kənardadır. Bununla yanaşı, bir çox sahibkar “kiberfırıldaqçılıq riski” və texniki nasazlıqlardan ehtiyat edir. POS sistemlərində fasilələrin orta aylıq tezliyi 4,6% təşkil edir, bu da gündəlik ticarətdə inamsızlıq yaradır. QR ödənişlərinin genişlənməsi üçün əsas şərt infrastrukturun bərabərləşdirilməsidir. İnternetin regionlarda sürət və keyfiyyət baxımından yaxşılaşdırılması, 5G texnologiyasının mərhələli tətbiqi bu istiqamətdə əsas addımlar olmalıdır. Eyni zamanda, vahid texniki standartların yaradılması (məsələn, “National QR” sistemi) və məlumat təhlükəsizliyinin gücləndirilməsi vacibdir. Əhalinin və kiçik sahibkarların rəqəmsal bacarıqlarını artırmaq üçün təlim proqramları, həmçinin nağdsız əməliyyatlara vergi güzəştləri və ya kəşbək stimulları tətbiq oluna bilər. AMB və hökumət bu sahədə koordinasiyalı şəkildə hərəkət etsə, 2027-ci ilə qədər QR ödənişlərin ümumi dövriyyədəki payı 60%-ə çata bilər. Bu, yalnız ödəniş mədəniyyətini deyil, həm də kölgə iqtisadiyyatının azalmasını və daha şəffaf maliyyə sisteminin formalaşmasını təmin edəcək”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
globalinfo.az

1Mənbələr