AZ

Donald Tramp: Rəcəb Tayyib Ərdoğan hörmət olunası biridir

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Prezident Rəcəb Tayyib Ərdoğan möhtəşəm idi. Çox kömək oldu. Hörmət olunası biridir. Çox güclü milləti və ordusu var".

ABŞ Prezidenti Donald Tramp bunu İsrailə səfəri zamanı təyyarədə jurnalistlərin Qəzzada sülh planı ilə bağlı suallarını cavablandırarkən deyib. O, Təl-Əvivə israilli girovların azad olunması ilə bağlı gedib. Bildirək ki, səhər saatlarında 20 sağ qalan israilli girovdan 7-si, ardınca isə daha 13-ü azad olunub. Bununla da HƏMAS bütün sağ qalan israilli girovları sərbəst buraxıb.

Donald Tramp Misirin Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirakdan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və Prezidenti İsxaq Hersoqla barışıq prosesi ilə bağlı müəyyən danışıqlar aparıb. Qeyd edək ki, Tramp Qəzzada sülh prosesinə verdikləri töhfələrə görə Türkiyə, Qətər, Misir və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib. Sülh planının ilk mərhələsində atəşkəs razılaşması əldə edilib. İkinci etapda girovların mübadiləsi aparılıb. Şarm əl-Şeyx şəhərində isə yekun sülh sazişinin imzalanması ilə bağlı önəmli nəticələr əldə oluna bilər.

Daha ətraflı Baku TV-nin süjetində:

Donald Tramp: "Rəcəb Tayyib Ərdoğan hörmət olunası biridir"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
oxu.az

2Mənbələr