AZ

Ukraynalıların yarısı Zelenskinin istefasınıİSTƏYİR

Ukraynanın Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KMİS) tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, ukraynalıların yarısı hazırkı prezident Vladimir Zelenskinin istefasını dəstəkləyir.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Tədqiqatın nəticələrinə görə, respondentlərin 50 faizi Zelenskiyə qarşı çıxıb. Onların 36 faizi prezidentin tamamilə siyasətdən getməsini istəyib, 14 faizi isə dövlət başçısına qarşı cinayət təqibi başlanmasını dəstəkləyib.

Respondentlərin təxminən 25 faizi isə Zelenskini gələcəkdə də Ukrayna prezidenti postunda görmək istədiklərini bildirib.

KMİS-in avqust ayında keçirdiyi əvvəlki sorğunun nəticələri göstərib ki, son aylarda Zelenskiyə olan ictimai etimad kəskin şəkildə azalıb. Belə ki, 2025-ci ilin mayında respondentlərin 74 faizi dövlət başçısına etibar etdiyini bildirirdisə, bu rəqəm iyunda 65 faizə, iyulda isə 58 faizə düşüb.

Nuriyyə NATİQQIZI

 

 

 

 

 

Seçilən
9
1
redaktor.az

2Mənbələr