Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir nümayəndələrinə İsrailin baş naziri Binyamin Netanyahunun qatılacağı təqdirdə Qəzza zirvəsinə qatılmayacağını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ''Anadolu Agentliyi'' məlumat yayıb.
Məlumatda deyilir: “Misir Prezidentinin sammitdə iştirak etmək planlarını açıqlamasından sonra Benyamin Netanyahu əlamətdar diplomatik hadisə ilə üzləşdi: Türkiyə Prezidentinin təyyarəsi Şarm əl-Şeyx Beynəlxalq Hava Limanına enməyə hazırlaşarkən uçuş-enmə zolağından çıxıb”.
Jurnalistlərin məlumatına görə, Türkiyə liderinin bəyanatından sonra Netanyahu sammit proqramından kənarlaşdırılıb.
“Anadolu”nun məlumatına görə, daha sonra Ərdoğanın təyyarəsi hava limanına qayıdıb və yerə enib.