AZ

Türkiyə təmsilçisi yeni baş məşqçisini açıqladı

Türkiyənin "Eyüpspor" komandasının yeni baş məşqçisi məlum olub.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisini Orhan Ak çalışdıracaq. 

Məlumatı klubun mətbuat xidməti yayıb.

46 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin yayına qədər olan müqavilə imzalanıb. O, bu postda Selçuk Şahini əvəzləyib.

Qeyd edək ki, Akın son iş yeri "Fatih Karagümrük" olub. 

Seçilən
7
fanat.az

1Mənbələr