AZ

Bəşər Əsədi zəhərləyiblər?

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin zəhərlənməsi ilə bağlı şayiələr həqiqətə uyğun deyil.

XəzərNews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bəşər Əsəd humanitar səbəblərə görə bizimlədir: o və ailəsi fiziki məhv edilməklə hədələnib”, - Lavrov Moskvada ərəb jurnalistlərlə görüşü zamanı deyib.

"Biz Bəşir Əsədə və onun ailəsinə sırf humanitar səbəblərdən sığınacaq verdik. Onun paytaxtımızda yaşamaqda heç bir problemi yoxdur və zəhərlənmələr olmayıb. Əgər belə şayiələr yaranarsa, onları yayanların vicdanına buraxıram", - Lavrov jurnalistlərin daha əvvəl ortaya çıxan oxşar xəbərlərə münasibət bildirmək xahişini cavablandırıb.

Xəbər 4 dəfə oxunub.
Seçilən
10
1
xezernews.az

2Mənbələr