Azərbaycanın qonşu ölkələri arasında ərzaq qiymətləri ən yüksək Türkiyədə, ən ucuz isə Azərbaycandadır. “Numbeo.com”-un 143 ölkədən məlumatların yer aldığı 2025-ci ilin birinci yarısına aid statistikasında Türkiyə 83-cü, Azərbaycan isə 123-cü yerdədir.
Qonşu ölkələr arasında Türkiyədən sonra 93-cü yeri Ermənistan tutur. Reytinqdə Rusiya 94-cü, Gürcüstan 112-ci yerdədir.
Dünya ölkələrinə gəlincə, 143 ölkə arasında ərzaq qiymətləri aşağıdakı 5 ölkədə ən bahadır:
Kayman Adaları;
İsveçrə;
İslandiya;
Baham adaları;
Norveç.
Qida baxımından dünyanın ən ucuz 5 ölkəsi belə görünür:
Əfqanıstan;
Pakistan;
İran;
Misir;
Liviya.
Azərbaycanda “Numbeo”ya görə yaşayış minimumunun xülasəsi:
Dörd nəfərdən ibarət bir ailə üçün təxmini aylıq xərclər icarə haqqı istisna olmaqla 3,318,7 manatdır.
Bir nəfər üçün təxmini aylıq xərclər icarə haqqı istisna olmaqla 929.0 manat təşkil edir.
Azərbaycanda yaşayış minimumu ABŞ-dan orta hesabla 55,2%, kirayə haqqı isə 76,0% aşağıdır.
Məlumat üçün bildirək ki, “Numbeo”-nun Qida İndeksi dünyanın müxtəlif ölkələrində əsas ərzaq məhsullarının qiymətlərinin nə qədər baha və ya ucuz olduğunu göstərir.
Almaz Həsənli