AZ

“Əsədin Moskvada zəhərlənməsi xəbərləri şayiədir” – Lavrov 

“Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Moskvada zəhərlənməsi ilə bağlı şayiələr həqiqətə uyğun deyil”.

Busaat.az xəbər verir ki bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Moskvada ərəb jurnalistlərlə görüşü zamanı “Bəşər Əsəd humanitar səbəblərə görə buradadır: o və ailəsi fiziki qırğınla üz-üzə idi”,-deyə Lavrov bildirib.

“Biz Bəşər Əsədə və ailəsinə sırf humanitar səbəblərdən sığınacaq verdik. Onun paytaxtımızda yaşaması ilə bağlı heç bir problem yoxdur, zəhərlənmələr olmayıb.

Əgər bu cür şayiələr yaranarsa, mən onları yayanların vicdanına buraxıram”, -deyə Lavrov vurğulayıb.

Yeganə

Seçilən
11
busaat.az

1Mənbələr