AZ

Sertifikasiyanın müsahibə mərhələsinin nəticələri açıqlandı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Demokrat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi İnsan Resursları Mərkəzi məlumat yayıb.

Müəllimlər portal.edu.az platformasında yerləşən "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Seçilən
21
49
demokrat.az

10Mənbələr